Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək
“Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikalarıntəlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.
Yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-mayor Fazil Ağalarov günü-gündən inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından,hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
Nəriman Nəcəfov