19 Aprel 2024, Cümə

Xəbər verdiyimiz kimi, yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə gəlib. Nazir səfər proqramı çərçivəsində Naxçıvan şəhərində yerləşən “Qala” Məscid Kompleksində olub.  Burada qonağa məlumat verillib ki, muxtar respublikada dini-mənəvi dəyərlərə böyük ehtiramla yanaçılır, tarixi və dini abidələr bərpa olunur,  yeni məscidlər tikilir. Milli memarlıq üslubunda inşa olunan “Qala”  Məscid Kompleksi də bu istiqamətdə görülən işlərin davamıdır. 2000 nəfərin ibadət edə biləcəyi kompleksdə qız və oğlanlar üçün mədrəsələr, kitabxana, kəbin otağı və sair nəzərdə tutulub.

Həmin gün Culfa rayonuna səfər edən İran İslam Respublikasının xarici işlər naziri Culfa Dəmiryol Stansiyasının inzibati binası ilə tanış olub. Məlumat verilib ki, bir əsrdən çox yaşı olan Culfa Dəmiryol Stansiyası son illərdə yenidən qurulub, burada müasir infrastruktur yaradılıb. Həmçinin Culfa Dəmiryol Stansiyasının Azərbaycan, Rusiya və İran İslam Respublikası ilə əlaqələrdə əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında qarşılıqlı əməkdaşlıq 2016-cı ildən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişinqatarının fəaliyyətə başlaması ilə nəticələnib. 

 Sonra qonaq Araz çayı üzərindən keçən Culfa-Culfa dəmiryol xəttinə baxıb, Culfa Gömrük İdarəsinin və İran İslam Respublikasının Culfa Gömrük-Sərhəd Keçid Məntəqəsinin fəaliyyəti ilə tanış olub. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri həmin gün başa çatıb. 

 Səbuhi HƏSƏNOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR