22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən smart tələbə kartları layihəsinin ilk mərhələsi Naxçıvan Dövlət Universitetində uğurla reallaşdırılıb. Bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, muxtar respublikamızda nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün muxtar respublikada elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsinə, nağd dövriyyənin həcminin minimuma endirilməsinə xidmət edir, nəticədə, bank sektorunun maliyyə resursları bazası gücləndirilməkdədir.
Naxçıvan Dövlət Universiteti Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı qeyd edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və universitetin təşəbbüsü, “Naxçıvanbank” ASC və “Mastercard”ın dəstəyi ilə 2020-ci ildən universitetimizdə həyata keçirilməsinə star verilən smart tələbə kartları unikal bir kartdır və bir çox mühüm xüsusiyyətləri və üstünlükləri ilə fərqlənir. Bu kartlar, eyni zamanda tələbələr üçün yeni vahid Beynəlxalq ISIC (“International Student Identity Card”) standarları ilə hazırlanmış tələbə biletidir.
Kartın mühüm xüsusiyyətindən biri də debet bank kartı olmasıdır, artıq tələbələrə istər dövlət, istərsə də tədris müəssisəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcəkdir. Tələbələr ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirə biləcəklər. Eyni zamanda regionda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərmək imkanı qazanacaqlar. Tələbələr smartkartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.
Mühasibat uçotu ixtisası üzrə I kurs tələbəsi Gülşən Abbasova tələbələr adından yaradılan şərait üçün öz minnətdarlığını ifadə edib.
Sonda bir qrup tələbəyə smartkartlar təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR