23 Dekabr 2024, Bazar ertəsi

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı dekabr ayında da təmin еdilmişdir.

2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan şəhər təhsil müəssisələrinə məxsus 27 qazanxanada qaz təsərrüfatından təhlükəsiz istismar edilməsinə nəzarət olunmuş, yanğın-partlayış və dəm qazı ilə zəhərlənmələrin qarşısının alınması məqsədilə 11 müəssisədə 201 nəfərin, payız-qış mövsümünə hazırlıqla bağlı 34 müəssisədə 822 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Standarta uyğun olmayan qaz cihazlarının satışının qarşısının alınması üçün 27 ticarət obyektinə baxış keçirilmiş və sahibkarlarla söhbət aparılmışdır.
Muxtar respublikanın şəhər və rayonlarında pandemiyaya qarşı dezinfeksiya tədbirləri davam etdirilərək ümumilikdə, 4 milyon 631 min kvadratmetr sahədə dezinfeksiya işi aparılmışdır.
Hesabat ayında muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 95 obyektdə diqqətli, 199 obyektdə nəzəri, 6 obyektdə isə məqsədli yoxlama keçirilmiş, 9 min 94 nəfər yanğına qarşı təlimatlandırılmış, 775 qazanxanada texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunmasına baxış keçirilmişdir. Həmçinin 3 min 481 yaşayış evinə də baxılmış, yanğın cəhətdən təhlükəli оlan 52 elektrik, 140 şlanqla çəkilmiş qaz xətti dəyişdirilmiş, 28 suqızdırıcısının və 159 tez qatlanan tüstü borusunun istismarı dayandırılmış, 112 mənzilin tüstü bacası və havaçəkən kanalları təmizlənmişdir. Ay ərzində 55 obyektlə icbari sığorta müqaviləsi bağlanmışdır.
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən yeni tikilən 6 obyektin istismara hazırlığı yoxlanılaraq “İstismara hazırlıq aktı” verilmiş, tikinti işləri aparılan obyektlərin işçi və layihə sənədlərinin ekspertizası həyata keçirilərək 8 obyektin işçi layihə sənədlərinə rəy verilmiş, 21 obyektin layihə sənədlərinin üzərində isə işlər davam etdirilmişdir.
Noyabr ayında muxtar respublika ərazisində müxtəlif fövqəladə hallarla bağlı daxil olmuş məlumatlara çevik reaksiya verilərək hadisələrin qarşısı vaxtında alınmış və vətəndaşlara dəymiş zərər minimuma endirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR