Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müəllimi, təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədovun Anadolu Universiteti Pedaqogika fakültəsinin, Pedaqogika elmləri kafedrasının professoru Ahmet Aypayla birgə həmmüəllif olduğu “Türkiyədəki tədqiqat universitetlərinin effektivlik analizi” (“Efficiency analysis of research universities in Turkey”) adlı elmi məqaləsi Böyük Britaniyanın Oksford mərkəzli “International Journal of Educational Development” adlı nüfuzlu jurnalda nəşr olunub. Məqalədə Türkiyənin 15 tədqiqat universitetinin beynəlxalq elmi-tədqiqat göstəricilərinin mövcud vəziyyəti və gələcək perspektivləri araşdırılıb. Bu vəziyyətə uyğun olaraq universitetlərin tədqiqat universiteti olmaq üçün elmi tədqiqatlara əsaslanan gəlirlər və digər beynəlxalq standartlar əsasında təklifləri məqalədə əsas tədqiq olunan məsələlər sırasındadır.
Qeyd edək ki, məqalə ilə jurnalın https://www.journals.elsevier.com/international-journal-of-educational-development veb saytında tanış olmaq mümkündür.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi