22 Dekabr 2024, Bazar

Yanvarın 13-də Cəlil Məmmədquluzadənin Ev Muzeyində muzey əməkdaşları üçün “Muzey işinin təşkilində ənənəvi və onlayn fəaliyyətin əlaqələndirilməsi, onlayn materialların  hazırlanmasına verilən tələblər” mövzusunda seminar treninq keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva qeyd etmişdir ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı, dünyada gedən proseslər bütün sahələrdə olduğu kimi muzey işi sahəsində yeniliklərin tətbiqini tələb edir.

Müasir muzeylərin fəaliyyətinin nəzərdən keçirilməsi, muzeylərdə informasiya texnologiyalarından istifadə, onlayn və adi sərgilərin hazırlanması barədə artıq bir sıra işlər görülmüşdür. Belə ki, Nazirliyin sistemində fəaliyyət göstərən Heydər Əliyev,Naxçıvan Dövlət Tarix, Bayraq, Xalça, Duz və Əlincəqala Tarix-Mədəniyyət muzeylərinin, Qarabağlar Türbə Kompleksinin saytları fəaliyyət göstərir. Həmçinin muzeylərin hamısının sosial şəbəkə hesabları (instaqram və feysbuk) vardır. 2020-ci ilin aprel ayından mövcud vəziyyətlə bağlı onlayn tədbirlərin keçirilməsi, sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərin, muzeylərdə qorunan mədəni sərvətlərin təbliği istiqamətində bir çox işlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 11 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Daha sonra Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli “Muzey işinin təşkilində ənənəvi və onlayn fəaliyyətin əlaqələndirilməsi. Onlayn materialların  hazırlanmasına verilən tələblər” müvzusunda çıxış etmişdir. O, çıxışında bildirmişdir ki, bələdçinin, yaxud onlayn materialı təqdim edən muzey əməkdaşının nitqi səlis olmalıdır. Bu nitqin təsir qüvvəsi olmalıdır. Əməkdaş öz diksiyası üzərində müntəzəm işləməlidir. Bələdçinin nitqinə müvəffəqiyyət qazandıran əsas amillərdən biri onun danışdığı materialı, mətni dərindən bilməsidir. Əgər mətni oxuyan şəxs mətni yaxşı mənimsəyibsə, o, mətni yaxşı da təqdim edəcək. Və nəticə etibarı ilə onun özgüvəni tamaşaçını həmin materiala baxmağa sövq edəcək.

Videomaterialların təqdimatında jest və maneralar özünəməxsus yer tutur. Çalışmaq lazımdır ki, onlayn ekskursiyalar hərəkətli olsun. Bu hal materialı daha baxımlı edir. Bununla belə, jestlər ifrat dərəcədə olmamalı, sözlərlə həmahənglik təşkil etməlidir. Hərəkətlərin kəskin və sürətli olmamasına da diqqət yetirmək lazımdır. Danışarkən əl-qol ölçmək olmaz. Jest və hərəkətlər bir imic yaradır. Məhz buna görə də qaməti düzgün tutmaq da əsas amillərdən biridir.

Çıxışlardan sonra muzeyin ekspozisiyasına baxış olmuşdur. Tədbirin sonunda bələdçinin ekskursiya aparması ilə bağlı fikirlər dinlənilmişdir.

 Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR