26 Aprel 2024, Cümə

Yanvarın 29-da saat 11:00 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təmizləmə qrupunun bölmə rəhbəri 1983-cü il iyulun 4-də anadan olmuş Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad edilmiş Ağdam rayonunun Tağıbəyli kəndində xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib.

Agentlikdən bildirilib ki, nəticədə Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və o, çoxlu sayda qəlpə yarası alıb.

Hazırda Mirzəyev Elməddin Tofiq oğlu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına alınıb, vəziyyəti stabil ağırdır.

Agentlik bir daha bildirir ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR