20 Aprel 2024, Şənbə

Naxçıvan Dövlət və Qars Qafqaz universitetləri arasında onlayn görüş keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Rektor tarixi ədalətin bərpa olunmasında Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi xüsusi olaraq qeyd edib. Çıxışda Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapı düşmən üzərində qazandığımız qələbəni bütün Türk dünyasının zəfəri adlandırıb və bu münasibətlə hər kəsi təbrik edib. Qeyd edilib ki, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri və Azərbaycanın ulu öndəri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri bizim dostluğumuzun və qardaşlığımızın mənasını təşkil edir. Daha sonra layihə təklifləri müzakirə olunub.
Görüşdə bütün elm, təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar təşkil etmək, ortaq elmi araşdırmalar aparmaq və nəşrlər hazırlamaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlər­arası idman yarışları keçirmək məsələləri müzakirə edilib.
Sonda hər iki universitet arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR