Dövlət Miqrasiya Xidmətində əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə xidmət əməkdaşlarından Zakir Məmmədov, Qiyas Paşayev çıxış edərək muxtar respublikada miqrasiya qanunvericilik bazasının sadələşdirilməsi, sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyəti, onların təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri önəmli olduğu qədər, hüquq və azadlıqları, vəzifələri, eyni zamanda miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarından, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin daha da yaxşılaşdırılmasından danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara bukletlər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti