19 Aprel 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 may tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişiklik edilmişdir.

Nazirlər Kabinetinin 21 yanvar tarixli 17 nömrəli Qərarı ilə bir sıra qərarlarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda,”Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və müəllimlərin müsabiqə yolu ilə işə qəbulunun aparılması haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 dekabr tarixli 150 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Həmçinin “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarda da dəyişiklik edilmişdir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edilmişdir.
Nazirlər Kabinetinin 27 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul olunmuşdur. Qaydaya əsasən abilitasiya sağlamlıq imkanları məhdud olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşamaq imkanlarının artırılmasını nəzərdə tutur.
Eləcə də “Naxçıvan Muxtar Respublikasında xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın təsdiq edilməsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 iyul tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında Qərar qəbul olunmuşdur. Bu Qayda cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında xüsusi müsadirə olunmuş əmlakın dövlət nəfinə verilməsi qaydasını müəyyən edir. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əmlak üzərində dövlətin mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasdır.
Həmçinin “Naxçıvan Muxtar Respublikasında Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul olunmuşdur. Adıçəkilən qərara uyğun olaraq Naxçıvan Muxtar Respublikasında Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud olan şəxslərin Fərdi Reabilitasiyası Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi ilə əlaqədar məsələlər tənzimlənir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR