21 Dekabr 2024, Şənbə

Koronavirus infeksiyasının “omikron” ştamı artıq 110 ölkədə aşkarlanıb. Bu ştam “delta” variantından daha sürətlə yayılsa da, nisbətən az ağır ola bilər.

Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə günü yenilənmiş informasiyasında yer alır.

“Dekabrın 22-nə olan məlumata görə, “omikron” dünyanın 110 ölkəsində, ÜST-nin bütün altı regionunda aşkarlanıb”, - deyə təşkilatın bəyanatında bildirilir. Qeyd olunur ki, “omikron” ştamı “delta” variantından çox sürətlə yayılır və nisbətən az ciddi ola bilər. Lakin hələlik vaksinlərin xəstəliyin yüngül keçməsinə nə dərəcədə təsiri göstərdiyi məlum deyil.

Qeyd edək ki, “omikron” ştamı ilk dəfə noyabr ayında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislərin fikrincə, o, pandemiya dövrü ərzində alimlərin müəyyən etdiyi digər ştamlara nisbətən daha sürətlə yayılır və çox sayda mutasiyaya malikdir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR