“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”naəsasən“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında qrup komandirləri ilə təlim toplantısı keçirili
Təlim toplantısında əsasdiqqətsərhəd zastavalarının atıcı, texniki, təminat qrup komandirlərinin və sərhəd nəzarəti məntəqələrinin nəzarətçi heyətinin bacarıqlarının təkmilləşdirilməsinə və peşəkar hazırlıqlarının yüksəldilməsinəyönəldilib.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və sərhədin pozulması əlamətlərinin vaxtında aşkar ediməsi üçün “Sərhəd ləpirçiliyi və iz rejimi” mövzusunda qrup komandirləri ilə praktiki məşğələ keçirilib.
Hərbi topoqrafiya fənnindən “Topoqrafik xəritələrdə koordinatların tapılması və xəritə üzərində istiqamətin müəyyən olunması”,rabitə hazırlığı fənnindən “Sərhəd zastavalarında istifadə olunan radiostansiyaların istismarının təşkili, rabitə təhlükəsizliyinin təmin edilməsi”, “Dövlət sərhədinin mühafizəsində istifadə olunan videomüşahidə kameraları, onların tətbiq olunması qaydaları”, psixolojivə pedaqoji hazırlıqdan “Hərbi qulluqçuların mənəvi-psixoloji, hərbi və əxlaqi tərbiyəsi”, eləcə də digər mövzularda müxtəlif fənlər üzrə nəzəri və praktiki məşğələlərə üstünlük verilib.
Təminat qrup komandirləri ilə “Sərhəd zastavalarının anbarlarında ərzaq məhsullarının çeşidlənməsi və saxlanılması qaydaları”,“Əşya-geyim bölməsi üzrə maddi vəsaitlərin qorunub saxlanılması, uçotu və hesabatlarının aparılması”, “Sərhəd naryadları tərəfindən mövsümə uyğun geyim formalarının daşınması qaydaları”,sərhəd nəzarəti məntəqələrinin nəzarətçi heyəti ilə “Sənədlərin yoxlanılmasında istifadə olunan xüsusi-texniki vasitələrintətbiqi qaydaları” mövzularında məşğələlər keçirilib.
Təlim toplantısının planına əsasən nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilib, toplantının sonunda qrup komandirlərindən ümumqoşun və ixtisas hazırlığından imtahan götürülüb,fiziki və sıra hazırlığından məqbullar qəbul edilib.
Nəriman Nəcəfov