21 Dekabr 2024, Şənbə

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların dekabrın 1-də İkinci Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir.

Dəfn mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR