21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2021-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planının icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar təşkil edilmişdir. Hər iki dövlət orqanın əməkdaşlarının çıxış ediyi seminarda bu sahəyə göstərilən dövlət qayğısından bəhs edilmiş, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülmüş zəruri tədbirlərdən danışılmışdır. Qeyd edilmişdir ki, bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilmiş, dövlət dəstəyinin olması, onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir.
Vurğulanıb ki, qeyri-hökumət təşkilatları hökumətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətəndaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkəsidir. Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin canlanmasında, onların səmərəli işləmələrinə müsbət təsir göstərən hüquqi bazanın formalaşması mühüm rol oynamışdır. Bu sahənin formalaşması və inkişafı ilə bağlı qəbul edilmiş qanunvericilik aktları bu qurumların hərtərəfli fəaliyyətinə zəmin yaratmışdır.
Seminarda mövzu ilə yanaşı onların ayrı-ayrılıqda maraqlandıqları mövzular ətrafında müzakirələr aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR