21 Dekabr 2024, Şənbə

Naxçıvan Müəllimlər İnstitutunun xalça emalatxanasında toxunmuş “Qars müqaviləsi” adlı süjetli və ornamental xalçaların təqdimat tədbiri keçirilib.

Tədbiri institutun rektoru Azad Novruzov açaraq qeyd edib ki, institutun İncəsənət kafedrasının nəzdində xalçaçılıq emalatxanası fəaliyyət göstərir ki, bu emalatxanada tələbələr xalçaçılıq sənətinin sirlərinə daha dərindən bələd olurlar. İnstitutda İncəsənət kafedrasının nəzdində xalçaçılıq dərnəyi fəaliyyət göstərir ki, dərnək xalçaçılıq sahəsinə marağı olan digər ixtisas tələbələrini də bu emalatxanadan aktiv istifadəyə yönəldir. Xalçaçılıq emalatxanasında bundan əvvəl ərsəyə gəlmiş xalçalar və “Qars müqaviləsi” adlı süjetli və ornamental xalçaların təqdimatı emalatxananın və dərnəyin səmərəli fəaliyyətindən xəbər verir.

Sonra institutun İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva çıxış edərək bildirib ki, tarixən xalqımızın yaratdığı maddi mədəniyyət nümunələrinin ən qiymətlilərindən, gözoxşayan və ən çox seçilənlərindən biri xalçalarımız olub. İnstitutun xalça emalatxanasında ərsəyə gələn və təqdimatını etdiyimiz xalçalardan biri Qars müqaviləsinin 100 illik yubileyini özündə əks etdirən xalçadır ki xalça 73x83 sm ölçüdədir. Kənar hissəsində dəvə təsvirinin stilzə olunmuş forması, mərkəzi hissədə isə Qars müqaviləsini, Azərbaycan və Türkiyə dostluq və qardaşlığını özündə əks etdirən simvollar, Ağrı dağı və Haçadağ, Naxçıvanın qədimliyini özündə əks etdirən abidələri, daş qoç fiqurları təsvir olunub. Təqdimatı keçirilən diğər xalça isə ornamental xalçadır. İsti və soyuq rənglərin harmoniyasını özündə əks etdirən həndəsi və nəbati ornamentlərlə bəzədilmiş bu xalça 70x106 sm ölçüdə toxunmuşdur.


Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və
ictimaiyyətlə əlaqələr xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR