Hörmətli Mehriban xanım! Hörmətli redaksiya! Bizim üçün yaradıcılıq məktəbi olan, birəsrlik yaşını qeyd etsə də, həmişəcavan “Şərq qapısı” qəzetinin ad günü münasibətilə Sizi və kollektivin bütün əməkdaşlarını təbrik edirik. Xuraman Məmmədova imzası ilə tanınmağımda ilk addım kimi bu qəzet bir neçə baxımdan qiymətlidir. Jurnalistlik peşəsini seçməyimdə bu qəzetin böyük rolu olub. Bu qəzetdə çalışan atamın yolunu davam etdirdiyim, gələcəyimi bu peşə ilə bağladığım üçün özümü xoşbəxt hesab edirəm. Jurnalistlik fəaliyyətimizin müəyyən dövr üçün bizim üçün əziz olan qəzetimizlə bağlı olduğu illər unudulmazdır. Bu qəzet bizim üçün bir də ona görə əzizdir ki, ailə həyatımızın təməli də bu qəzetdə qoyulub.
Muxtar respublikada aparılan genişquruculuq işlərinin müjdəçisi və bələdzisi kimi Sizinlə fəxr edir, yaradıcılıq uğurlarınızla qürur duyuruq. İnanırıq ki, “Şərq qapısı” qəzeti adına layiq olmaqla Azərbaycanın Şərqə açılan qapısı missiyasını ləyaqətlə davam etdirəcək. İnşaallah, Zəngəzur dəhlizinin bərpası ilə bu yol daha uğurlu olacaq. Sizi bir daha təbrik edir, iti qələm, uğurlu yaradıcılıq fəaliyyəti arzılayırıq!
Qucaq dolusu sevgi və hörmətlə:
Xuraman MƏMMƏDOVA,
Azərbaycan Respublikasının əməkdar jurnalisti,
Həsən bəy Zərdabi mükafatı laureatı
Afət MƏMMƏDOV,
Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının
Əməkdar mədəniyyət işçisi