21 Dekabr 2024, Şənbə

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr edilmiş “Nizami Gəncəvi – 880 il” adlı rəsm sərgisi keçirilib.


Tədbirdə Rəssamlar Birliyinin üzvü, sənətşünas alim Nizami Alıyev çıxış edərək Prezident cənab İlham Əliyevin böyük mütəfəkkirin anadan olmasının 880 illiyi ilə bağlı imzaladığı 2021-ci il 5 yanvar tarixli Sərəncamın mahiyyətindən danışaraq qeyd edib ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış, ədəbiyyatımızın görkəmli nümayəndəsinin irsinə verilən misilsiz qiymətin ifadəsidir. Dahi şair ecazkar poetik qüvvəyə malik yaradıcılığı, “Xəmsə”si ilə bütün dünyada tanınıb. Onun əsərləri dünyanın ən zəngin kitabxanalarını bəzəməklə həm də Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan verib. Ölkəmizdə Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə bağlı yeni araşdırmalar aparılıb, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər keçirilib. Bugünkü tədbir də Nizami irsini yaşatmaq, təbliğ etmək məqsədi daşıyır.
Tədbirdə çıxış edənlər şairin dahiyanə əsərlərinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərdiyini vurğulayıblar.
Sonra sərgiyə baxış olub. Rəsm əsərləri içərisində Nizami Gəncəvinin portretləri, əsərlərindən ibarət kompozisiyalar və əl işləri yer alıb. Qeyd edək ki, tədbirdə 18 rəssamın 27 rəsm əsəri nümayiş olunub. Sərgi bir həftə davam edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR