Naxçıvan Muxtar Respublika Xəstəxanasının müxtəlif ixtisaslardan ibarət həkim briqadası tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsi və kəndlərində 2 günlük humanitar tibbi aksiya keçirilib. Aksiya zamanı 75-85 yaşlı ahıl vətəndaşlar və yataq xəstələri tibbi müayinələrə cəlb edilib. Onlara oftalmoloji, uroloji, endokrinoloji, nevropatoloji və digər tibbi xidmətlər göstərilib.
Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 67 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər, ultrasəs müayinəsi aparılıb. Ahıl və yataq xəstələri başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti