21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabr ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu şəxslərdən 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə isə odunkəsən və otbiçən aparat verilib. Bu mərhələdə təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib və ona südsağan aqreqat verilib.

Növbəti aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıblar.
Sonda ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub, vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR