21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qarabağ Azadlıq Təşkilatı və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə “Arsak: tarix və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib.


Dünyanın bir sıra ölkələrindən azərbaycanlı və xarici mütəxəssislərin iştirakı ilə keçirilən konfrans həm ənənəvi, həm də videokonfrans formatında real­laşdırılıb. Konfransın plenar və bölmə iclaslarında tarix elmi üçün mühüm olan bir sıra məsələlərə toxunulub.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda “Qafqaz Albaniyasının Arsak əyaləti və Qarabağ” mövzusunda məruzə edib.
Alim məruzəsində Qafqaz Albaniyasının ərazisi, burada hökmranlıq edən hakim sülalələr, ermənilər tərəfindən irəli sürülən əsassız iddialar və başqa önəmli mövzular haqqında məlumat verib.
“Albaniya ərazisində tarixən mövcud olan 12 əyalətdən biri də Arsak əyaləti olmuşdur”, – söyləyən akademik Arsak toponiminin etimologiyası, uydurma erməni təbliğatı ilə bağlı fikirlərini elm ictimaiyyətinə çatdırıb. Çoxsaylı müəlliflərdən sitatlar gətirərək tarixi mənbələrdə yer alan real faktlar əsasında təhlillər aparıb. Vurğulanıb ki, nəinki Azərbaycan, o cümlədən indiki Ermənistan ərazisində də coğrafi adların tam əksəriyyəti Azərbaycan mənşəlidir. Ad dəyişməklə onun milli mənsubiyyətini ləğv etmək mümkün deyildir. Aparılan bütün tədqiqatlara rəğmən Qarabağda yaşayan əhalinin etnik tərkibi erməni uydurmalarını rədd edir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR