Müasir dünyanın mənzərəsinə baxdıqda qloballaşma prosesləri ilə yanaşı, planeti bürüyən böhranlı vəziyyət qarşısında bir sıra beynəlxalq təşkilatların o qədər də effektli olmayan cəhdləri fonunda cərəyan edən mürəkkəb hadisələrin şahidi oluruq. Hələ də mövcud olan qlobal pandemiya, bununla paralel olaraq dünya üzrə təchizat zəncirinin qırılmasından qaynaqlanan pozulmuş dünya iqtisadiyyatı problemləri gündəmdəki yerini qorumaqdadır. Əgər bütün bunlara böyük dövlətlərin bitmək bilməyən intriqalarını, xaotik miqrasiya, ekoloji böhranlar, enerji və qida təhlükəsizliyi kimi mühüm gündəlik problemləri də əlavə etsək, dünya düzəninin nə qədər ciddi çətinliklərlə üz-üzə qaldığını söyləmək olar.
Şübhəsiz, elm, texnologiya və həyat standartları səviyyəsinin yüksəlməsi fonunda bunların bir qisminin birgə səylərlə həll olunduğunu deyə bilərik. Ancaq, sadəcə, son 100-150 illik bir tarixə nəzər saldıqda daha kəskin elə ciddi problemlərin mövcud olduğunu görürük ki, bunların dövrümüzə qədər uzanması artıq XXI əsrin mədəni cəmiyyəti üçün, sözün əsl mənasında, baş ağrısından başqa bir şey deyildir. Bu mənada, bu gün planetimizin başda ermənilər olmaqla, başqa millətlərə qarşı kin-nifrət hissləri ilə doğulan faşizm ünsürlərindən, gözü doymayan torpaq hərislərindən, böyük dövlətlərin arxasınca qaçıb hoqqabazlıqla siyasi divident və maddi nəmər arxasınca sürünənlərdən təmizlənməsi bütün sivil bəşəriyyətin qarşısındakı müqəddəs savaşlardan biridir. İnanırıq ki, ötən ilin payızında 44 günlük şanlı Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qalibiyyətindən sonra başlanan tarixi missiya təkcə Cənubi Qafqazda deyil, bütün dünyada rast gəlinən belə faşist və revanşist, insanlığa yad olan bütün ünsürlərdən tam təmizlənənə qədər uğurla davam etdiriləcək. Çünki bu, yaxın keçmişdə erməni faşizmindən ən çox əziyyət çəkmiş Azərbaycandan başlanan Zəfər yoludur.
2020-ci ildə Azərbaycanın başlatdığı, xan Arazın minillik keşikçisi Xudafərindən mədəniyyət paytaxtımız Şuşaya qədər uzanan Zəfər yolu üzünü dədə-baba yurdumuz Zəngəzura doğru çevirərək bütün Türk dünyasını qovuşdurmağa doğru tələsir. Artıq ötənilki məğlubiyyətindən sonra hələ də özünə gəlməyib, sağa-sola çırpınan erməni cəmiyyətinin və eləcə də onların hay havadarlarının da Azərbaycanın diktə etdiyi yeni reallığı qəbul etməkdən başqa çarəsi qalmayıb. Belə ki, acgözlüyündən özünü düşürdüyü yoxsulluq və səfalət bataqlığında boğulan bu etnos ya “erməni xəstəliyi” simptomları ilə yatağa düşüb bir gün tamamilə məhv olacağını, ya da qonşuları ilə normal münasibət yaradıb əvvəllər olduğu kimi, onların hesabına normal dolanışıq qurmaqdan başqa bir yolunun olmadığını indi daha yaxşı bilir. Hər halda Ermənistan ordusunun və iqtisadiyyatının yox olması dərəcəsində başlarına dəyən dəmir yumruğun gücü bundan artığına da yetərdi. Ancaq Azərbaycan xalqı, onun uzaqgörən lideri məhz uzaq gələcəyi, strateji hədəfləri əsas götürərək bir an öncə bu regionda qan tökülməsinin qarşısının alınması, dinc quruculuq işlərinə başlanılması, yaranmış regional və qlobal əməkdaşlıq perspektivlərində tarixi öncüllük missiyasına başladı. İndi heç kimdən asılı olmayan, müstəqil Azərbaycan Respublikası qarşısında daha ali, daha dünyəvi məsələlərin həlli dayanır.
Bu gün erməni faşizminin belini qıran Azərbaycanı dünyada hamı tanıyır. Nümunə üçün, dünyada ölkəmizdən ərazi və əhali ehtiyatlarına görə daha böyük olsa da, yalnız keçirilən idman yarışları və ya kəskin dəyişən hava şəraiti ilə gündəmə gələn bir sıra dövlətlərlə müqayisədə bu gün Azərbaycan deyəndə, Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan, partnyorluq müqavilələrində bir kəlmə sözünün belə, arxasında dayanan, qlobal əməkdaşlıqda, xüsusən humanitar məzmunlu bir sıra beynəlxalq layihələrdə böyük dövlətlərə belə, örnək göstərilən, dayanıqlı inkişaf prinsipləri ilə əhalisinin sosial müdafiəsi, həyat səviyyəsi məsələlərini daim gündəmdə saxlayan, söz, mətbuat azadlığı, insana verilən dəyərlə hamının yaşamaq arzusunda olduğu Günəşli bir ölkə başa düşülür. Ölkəmizin qlobal əməkdaşlıq kontekstində üzərinə düşən tərəfdaşlıq öhdəliklərini davamlı olaraq icra etməsi və diplomatik sahədə həyata keçirdiyi qətiyyətli tədbirlər ölkəmizin müsbət imicini daha da möhkəmləndirən mühüm nailiyyətlərdəndir. Bütün bunlar isə 30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi erməni işğalında olmuş, 1 milyon qaçqın və köçkün vətəndaşının problemləri ilə üz-üzə qalmış, hazırda isə tarixi Qələbədən sonra Qarabağa böyük qayıdış üçün bütün qolların çirmələnib erməni vandallarının izlərinin silinməsi üçün gecə-gündüz çalışıldığı, ərazilərimizin xain düşmən minalarından təmizlənməsindən tutmuş yeni yolların çəkilməsi, müasir hava limanlarının tikilməsi, yeni növ sosial-mədəni həyat göstəriciləri olan yaşıl enerji və ağıllı kənd layihələrinin həyata keçirilməsi, erməni vandalizminin qurbanı olmuş tarixi abidələrimizin bərpası kimi genişmiqyaslı işlər fonunda aparılır. Qarabağ münaqişəsi bitsə də, hələ davam edən informasiya savaşında yenə də Müzəffər olan ölkə başçısı keçirdiyi hər görüşdə, qatıldığı hər mötəbər beynəlxalq tədbirdə, verdiyi hər müsahibədə bütün bunların xalqının dəstəyi ilə qazandığı Böyük Zəfərin davamı olduğunu dilə gətirir, Azərbaycanın strateji maraqlarına cavab verən bütün hədəflərə hansı yollarla olursa-olsun, mütləq çatacaqlarını sərrast şəkildə ifadə edir. İndi bütün dünya siyasət və hərb tarixinə yeni terminlər gətirmiş Azərbaycan liderinin verəcəyi hər qərarı maraqla gözləməkdədir. Çünki bu qərarlar dünyada Xeyirin Şər üzərində tam zəfər çalması üçün verilən qərarlardır.
Azərbaycan 2022-ci ilə böyük uğurlarla qədəm qoyur. Yola saldığımız günlərə qısa bir nəzər saldıqda ölkəmizdə yeni cəmiyyət quruculuğunda, insanların daha xoşbəxt, daha firavan yaşayışı naminə nə qədər böyük işlər görüldüyünün şahidi oluruq. Bütün bunlar isə tariximizin qızıl səhifələrinə yazılacaq geniş və gələcək üçün taleyüklü məsələlərdir. Dünyada və regiondakı geostrateji şərtlərin 180 dərəcə çevrilərək Azərbaycanın xeyrinə işlədiyi bir dövrdə ölkəmizin günbəgün artan nüfuzunun, güclənən iqtisadiyyatının və yenilməz şanlı ordusunun qələbələrinin əsasında Prezident cənab İlham Əliyevin başlatdığı uğurlu yol vardır.
Bu, Azərbaycandan başlanan Zəfər yoludur.
Əli CABBAROV