21 Dekabr 2024, Şənbə

2021-ci il 9 dekabr tarixdə muzey əməkdaşları üçün “Muzey sərvətlərinin tanıdılmasında informasiya resurslarının rolu” mövzusunda seminar-treninq keçirilib.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının şöbə müdiri G.Babayeva açmış, Nazirliyin Aparatının aparıcı məsləhətçisi Anar Təhməzli “Muzey sərvətlərinin tanıdılmasında informasiya resurslarının rolu” mövzusunda çıxış etmişdir.

Bildirilmişdir ki, muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən eksponatlar sərgilənir.

Qeyd edilmişdir ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı, dünyada gedən proseslər bütün sahələrdə olduğu kimi muzey işi sahəsində yeniliklərin tətbiqini tələb edir. Müasir muzeylərin fəaliyyətinin nəzərdən keçirilməsi, muzeylərdə informasiya texnologiyalarından istifadə, onlayn və adi sərgilərin hazırlanması barədə artıq bir sıra işlər görülmüşdür. Belə ki, gənc nəslin muzeylərimizlə tanış olması, mədəniyyətimiz və tariximiz haqqında ətraflı məlumata sahib olması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən interaktiv dərslər, onlayn açıq dərslər və tədbirlər keçirilir, Nazirliyin sistemində fəaliyyət göstərən Heydər Əliyev, Naxçıvan Dövlət Tarix, Dövlət Bayrağı, Naxçıvan Dövlət Xalça, Duz və “Əlincəqala” Tarix-Mədəniyyət muzeylərinin, Qarabağlar Türbə Kompleksinin saytları fəaliyyət göstərir ki, bu da həmin muzeylərə virtual ekskursiya etmək imkanı yaradır. Həmçinin muzeylərin hamısının sosial şəbəkə hesabları vardır. Sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərin, muzeylərdə qorunan mədəni sərvətlərin təbliği istiqamətində bir çox işlər görülmüşdür.

Tədbir iştirakçılarına slaydlar vasitəsilə sosial şəbəkələrdə izləyicilərin marağını artıracaq, eyni zamanda səhifəyə  aktivlik qazandıracaq və doğru auditoriyanı cəlb edəcək məlumatlar verilmişdir.

Sonda muzeyin ekspozisiyasına baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR