21 Dekabr 2024, Şənbə

Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində ümumtəhsil məktəblərinin oğlanlardan ibarət klubları (VIII-XI siniflər) arasında muxtar respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Naxçıvan Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan birincilikdə olimpiya sistemi üzrə 8 komanda mübarizə aparıb.


İki gün davam edən yarışın yarımfinal mərhələsində Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin komandası ilə Culfa rayon komandası qarşı-qarşıya gəlib. Culfa komandası 18-16 hesabla qalib gəlib. Final qarşılaşmasında Naxçıvan şəhər basketbol komandası ilə Ordubad rayon komandası üz-üzə gəlib. Gərgin keçən oyunun sonunda Naxçıvan şəhər komandası 26-21 hesabla qalib olub.
Naxçıvan Basketbol Federasiyasının sədr müavini Məmmədəli Rəhimov basketbol yarışının təşkili, keçirilməsi, yarışların gedişatı və nəticələri haqqında danışıb.
Yarışın sonunda universitetin rektoru, Naxçıvan Basketbol Federasiyasının sədri Elbrus İsayev muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Universitetin idman sahəsindəki uğurlarından bəhs edən federasiya sədri qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıb. Qeyd edilib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb.
Sonda qaliblərə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR