25 Aprel 2024, Cümə axşamı

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqlar uğurla yerinə yetirilir və sərhəd zastavalarında şəxsi heyətin peşəkarlığı daim artırılır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və sərhədin pozulması əlamətlərinin vaxtında aşkar edilməsi məqsədilə növbəti taktiki tapşırıqlar icra edilib.


Təlimin planına əsasən zastava rəisi tərəfindən sutkalıq qəbul olunmuş qərar əsasında sərhədpozucularının ehtimal olunan hərəkət istiqamətləri nəzərə alınmaqla xidməti ərazidə əsas qüvvələrin cəmləşmə istiqaməti təyin edilir.
Sərhəd naryadları tərəfindən təyin olunmuş sahələrdə aşkaredici qurğular yerləşdirilir. Ərazi relyefi və maskalanma tədbirləri nəzərə alınmaqla əlverişli yerlər seçilərək xidməti ərazi daim müşahidə altında saxlanılır və dövlət sərhədinin mühafizəsi təşkil olunur.

Şərti sərhəd pozucuları sərhəd naryadlarına yaxalanmamaq və öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edərək cəld hərəkətlərlə dövlət sərhədini pozmağa cəhd göstərirlər. Sərhəd pozucuları sərhəd naryadı tərəfindən quraşdırılmış aşkaredici qurğuya toxunur və siqnal minası işə düşür. Təşvişə düşən sərhəd pozucuları qəfil qarşılaşdıqları vəziyyətdən həyəcanlanaraq özlərini itirirlər. Aşkaredici qurğulardan daxil olmuş siqnala əsasən zastava rəisi sərhəd zastavasını “Silaha” komandasına qaldırır. Verilmiş tapşırıq əsasında həyəcan qrupu hadisə baş vermiş sahəyə çevik hərəkət edir. Sərhəd naryadı qapama qrupları ilə birgə sərhəd xətti boyunca sərhəd pozucularının hərəkətlərini məhdudlaşdırmaq və qarşısını almaq üçün təyin olunmuş hüdudlar boyu ərazini qapayır. İşıqlandırma qurğusunun heyəti hadisə baş vermiş istiqamətdə sərhədpozucularının hərəkət isitqamətinin aşkar edilməsi üçün ərazinin işıqlandırılması tapşırığını icra edir.
Həyəcan qrupu qapama qrupları ilə koordinasiyalı fəaliyyətdə hərəkət edərək sərhədpozucularını yaxalayır, zərərsizləşdirir və sərhəd zastavasına təxliyə edirlər.

Kənan CƏLİLOV

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR