21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yetirmələri Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə dünya çempionatında çıxış ediblər.
30-dan çox ölkənin 500-ə yaxın idmançısının mübarizə apardığı mundialda 6 idmançımız rinqə çıxıb və onların 5-i böyük uğura imza atıblar. Belə ki, qızlar arasında 12-13 yaş kateqoriyası üzrə 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Röya Abdullayeva iki – klassik və layt versiyaları üzrə rinqə çıxıb və hər iki versiyada dünya çempionu tituluna yiyələnib. Bu nəticə ilə Röya Abdullayevanın adı Naxçıvanın idman tarixinə dünya çempionu olan ilk qız idmançı kimi düşüb. Eyni uğura Sadiq Kərimov da imza atıb. 12-13 yaş kateqoriyası üzrə 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız hər iki versiyada qızıl medal qazanıb.
İdmançılarımızdan 18-20 yaş kateqoriyasında Rəhim Əşrəfov (65 kiloqram), 16-17 yaş kateqoriyasında Fərid Məhərrəmov (60 kiloqram) və eyni yaş qrupunda Miryusif Seyidbəyli (60 kiloqram) gümüş medal qazanıblar.
Sonda idmançılarımız mükafatlandırılıblar.
Qeyd edək ki, idmançılarımız Kikboksinq Federasiyasının sədri, məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə Türkiyəyə yollanıb.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR