21 Dekabr 2024, Şənbə

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi və оnun struktur qurumlаrı tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı cari ilin noyabr ayında da təmin еdilib.

 

Hesabat dövründə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində qərargah məşqləri keçirilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin nazirliyin struktur qurumları ilə birgə “Uzunoba Su Anbarında baş vermiş fövqəladə hadisənin qarşısının alınması zamanı idarəetmənin təşkili” mövzusunda və Naxçıvan şəhər, Babək, Şərur və Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələri ilə potensial və yanğın təhlükəli obyektlərdə taktiki-xüsusi təlimlər keçirilib.
Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə Fövqəladə Hallar Nazirliyinə verilən tapşırıqların icrası ilə əlaqədar standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının, digər texniki avadanlıqların istismarına yol verilməməsi məqsədilə Naxçıvan şəhərində fəaliyyət göstərən 59 ticarət obyektində təkrar baxış-yоxlamalar keçirilib. Muxtar respublikada fəaliyyət göstərən idarə və təşkilatlara məxsus qazanxanalar yoxlanılıb, təbii qazdan təhlükəsiz istifadə edilməsinə nəzarət olunub, yanğın-partlayış və dəm qazı təhlükəsizliyinə aid maarifləndirici söhbətlər aparılıb.
Naxçıvan şəhərində quraşdırılan sərnişin liftlərinin saz vəziyyətdə saxlanılmasına və təhlükəsiz istismar edilməsinə nəzarət edilib, 12 tibb müəssisəsində radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə baxış-yоxlamalar aparılıb. Hesabat dövründə muxtar respublikada mülki müdafiə işinin təşkili diqqətdə saxlanılıb, Naxçıvan Dövlət Texniki, həmçinin Naxçıvan Tibb və Naxçıvan Musiqi kolleclərində maarifləndirici tədbirlər keçirilib.
Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 277 obyektdə yoxlamalar keçirilib. 784 qazanxanada texniki və yanğın təhlükəsizliyi vəziyyətinə baxılıb, mövsümi qazanxana işçiləri təlimatlandırılıb, sertifikatı olan şəxslərin işə cəlbi üçün obyekt rəhbərləri ilə maarifləndirici söhbətlər aparılıb. 356 nəfər qazanxana maşinisti ixtisası üzrə kurslara cəlb olunub, 281 nəfər kursu başa çatdırıb. Hazırda, ümumilikdə, 75 nəfər qazanxana maşinisti ixtisası üzrə kurslarını davam etdirir.
İctimai yaşayış binalarının mənzillərində istilik enerjisi itkisinin qarşısını almaq məqsədilə mərkəzləşmiş və fərdi qazanxanalara, mənzillərə gedən su boru xətlərinə aidiyyəti qurumların vəzifəli şəxsləri ilə birgə baxışlar keçirilib. Yaşayış məntəqələrində təbii qazdan və elektrik enerjisindən istifadə zamanı israfçılığın qarşısının alınması və yanğın təhlükəsi yarada biləcək sahələrin ləğv edilməsi məqsədilə 3012 şəxsi yaşayış evinə baxış keçirilib, yanğın cəhətdən təhlükəli оlan 31 elektrik, 154 şlanqla çəkilən qaz xətti dəyişdirilib, 66 qazla işləyən su qızdırıcının, 212 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb, 65 təbii qazsızması aradan qaldırılıb.
Hesabat dövrü ərzində muxtar respublikada yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə, ümumilikdə, 18 milyon kvadratmetrə yaxın ərazi xüsusi məhlullarla dezinfeksiya edilib. Dezinfeksiya tədbirlərinə gündəlik olaraq nazirliyin 14 xüsusi təyinatlı avtomobili, 79 nəfər şəxsi heyəti cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR