21 Dekabr 2024, Şənbə

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm".

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR