28 Mart 2024, Cümə axşamı

Naxçıvan Dövlət Universitetinin müəllimi Səadət Əliyeva yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş onlayn XX Beynəlxalq Elmi Simpoziumda iştirak edib.
Ali təhsil ocağının müəllimi konfransda “Vətəndaş jurnalistikası ənənəvi jurnalistikanın xüsusiyyətlərini daşıya bilirmi?” adlı məqalə ilə çıxış edərək sertifikat əldə edib. Məqalədə jurnalistikamıza yeni xüsusiyyətlər gətirən vətəndaş jurnalistikasının özünəməxsus xüsusiyyətləri araşdırılıb. Müəllif məqalədə özünəməxsus nəzəriyyə qaydaları və etik prinsipləri olan jurnalistikanın bu qolunun daha sərbəst fəaliyyətindən söhbət açaraq qeyd edir ki, vətəndaş jurnalistikasının özünütənzimləmə mexanizmi yoxdur, peşəkarlıq baxımından zəiflik hiss olunur, yarımçıq, birtərəfli və subyektiv işıqlandırılan bəzi hadisələrdə heç bir mənbəyə əsaslanmayan məlumatlar olur.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR