21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə “Bank savadlılığı” layihəsi çərçivəsində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq obyektlərinin nağd pulla birbaşa iş aparan əməkdaşları üçün “Milli pul nişanlarının mühafizə elementləri, zədələnmiş pul nişanlarının dəyişdirilməsi və ekspertizası” adlı tədbir keçilmişdir.


Tədbirin keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq obyektlərinin nağd pulla birbaşa iş aparan işçilərinə milli pul nişanları haqqında məlumat vermək, saxta pul nişanlarına qarşı mübarizə tədbirləri və dövriyyədə olan zədələnmiş pul nişanlarının dəyişdirilməsi ilə bağlı məlumat verməkdən ibarət olub.
Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank savadlılığı komandası”nın üzvləri Samil Quliyev və Pərviz Babayev tərəfindən Mərkəzi Bankın məqsəd və funksiyaları, onun iqtisadiyyatda rolu, o cümlədən pul siyasəti, yenilənmiş pul nişanları, zədələnmiş pul nişanlarının dəyişdirilməsi və digər mövzular elektron slaydlarla tədris olunmuşdur.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar
Respublikası İdarəsinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR