29 Mart 2024, Cümə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

ANAMA-dan bildiriblər ki, sənədə əsasən, birgə hazırlanan təlim planına uyğun olaraq, MAG tərəfindən ANAMA-nın yeni sahə supervayzerlərinin hazırlanması üzrə xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, minalardan təmizləmə fəaliyyətinə məsləhət xidmətlərinin göstərilməsi də planlaşdırılır.

Yeniliklərə hər zaman açıq olan ANAMA bu dəfə də beynəlxalq təcrübəyə əsaslanaraq milli potensialın təkmilləşdirilməsində maraqlıdır. Bu sahə üzrə əldə edilmiş biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına müsbət töhfə verəcək.

Layihənin Azərbaycandakı icrası ABŞ-ın və Kanadanın maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

Həmçinin memoranduma əsasən, ANAMA-nın təlim ehtiyaclarının qiymətləndirilməsi, əsas nəzarətedici heyət üçün nəzəri və praktik təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi gözlənilir.

ANAMA ilə MAG arasındakı əməkdaşlıq, eyni zamanda, Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq donor icmalarına çatdırılmasına da dəstək olacaq. MAG humanitar minatəmizləmə, təhlükəsiz mühitin yaradılması və münaqişədən zərərçəkən icmalarla əlaqə üzrə 29 ölkədə fəaliyyət göstərir.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində ANAMA ilə MAG arasında humanitar minatəmizləmə fəaliyyətində texniki dəstəyin göstərilməsi üzrə əməkdaşlıq edilib.

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR