21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Zəngəzur dəhlizi layihəsinin bir hissəsi olan Horadiz–Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində partlayıcı qurğuların təmizlənməsi işlərini davam edir.

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları Agentlik, eləcə də Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyunca yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır.

 

Horadiz–Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari il avqustun 31-də başlayıb.

Sifarişə əsasən, avtomobil yolunun 22-ci kilometrliyindən 36-cı kilometrliyinədək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri və ya 190 hektar ərazi mina və PHS-lərdən tam təmizlənib.

Ərazi üzrə ANAMA tərəfindən ümumilikdə 752 ədəd mina və PHS aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 396-sı piyada əleyhinə, 25-i tank əleyhinə mina və 331-i isə PHS-dir.

Layihə üzrə Müdafiə Nazirliyi tərəfindən minatəmizləmə əməliyyatlarına bu il iyunun 1-də başlanılıb və 558 hektar ərazi təmizlənib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR