Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “5 dekabr – Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş “Könüllü təlimçi”layihəsi keçirilib.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, könüllülükdən peşəkarlığa doğru istiqamət alan bu layihədə iştirak edən könüllülər Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və onun yanında Maliyyə Tədris Mərkəzi ilə sıx əməkdaşlıq imkanlarını əldə edir, karyera imkanlarını artırır, kütlə qarşısında çıxış etmək bacarıqlarını təkmilləşdirir və bu layihə onların “peşəkar təlimçi” kimi yetişmələrində mühüm rol oynayır.
4 istiqamət üzrə reallaşdırılantəlimdəiqtisadiyyat, mühasibat uçotu,maliyyə və qanunvericiliküzrə təqdimatların qəbul edilməsi tələbi qoyulub və onlayn qeydiyyat aparılıb. Mühasibat uçotunun nəzəri və təcrübi əsasları, ailə büdcəsinin və şəxsi büdcənin idarə edilməsi, əmək və mülki qanunvericiliklə bağlı təqdimatlarla qeydiyyatdan keçən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, o cümlədən bu sahəyə marağı olankönüllülər layihədə iştirak etmək hüququ qazanıb.
Layihənin icrası zamanı büdcə və kommersiya təşkilatlarında çalışan mühasiblərdən və muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisastəhsili müəssisələrinin tələbələrindən ibarət14 könüllünün təqdimatı dinlənilib. Şəffavlığı təmin etmək məqsədilə Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən ekspert qrupu yaradılıb,təqdimatlaronların nitq və auditoriyanı ələ alma qabiliyyəti, səsin düzgün tənzimlənməsi, bədən dili,mövzunu əhatə etmə dairəsi, interaktivlik və digərmeyarlar əsasında qiymətləndirilərək, “ən yaxşı təlimçilər” seçilib, onlara Mərkəz tərəfindən Sertifikatlar təqdim olunub.
Layihənin ikinci mərhələsində könüllülər üçün “Gələcək üçün maliyyə”adlı təlim keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda təşkil edilən təlimdə muxtar respublikada ali və orta ixtisas müəssisələrində təhsil alan 50-dən çox gənc könüllü iştirak edib. Maliyyə Nazirliyinin əməkdaşı İbrahim Şərifov və “Könüllü təlimçi” layihəsində “Maliyyə savadlılığı” mövzusunda təqdimatı ilə fərqlənən Naxçıvan Dövlət Universitetinin tələbələri Elmar İsgəndərov və Aytəkin Abbaslının təqdimatında keçirilən təlim zamanı pulun mahiyyəti və tarixi haqqında məlumat verilib, büdcə və fərdi büdcənin mahiyyəti izah edilib, pul vəsaitlərindən effektiv istifadə olunma yolları, büdcə qurmağın addımları, büdcənin planlaşdırılmasının əhəmiyyəti, maliyyə hədəfləri, qənaət, borc, yığım vasitələri, investisiya və digər mövzularla bağlı təqdimat nümayiş edilib. 8 komandanın iştirak etdiyi təlimdə mövzuya uyğun olaraq interaktiv mərhələ keçirilib. Keçirilən müsabiqədə sualları ən dolğun cavablandıran və ən yaxşı büdcə planlaşdırması layihəsi ilə seçilən “Qarabağ” komandası birinci, “Əlincə” komandası ikinci, “Şahbulaq” komandası isə üçüncü yerə layiq görülüb.
Qaliblərə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən hədiyyələr və sertifikatlar təqdim olunub.