21 Dekabr 2024, Şənbə

“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” və “Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış qadınların təsərrüfat sahələrində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalından düzgün istifadə edilməsi ilə bağlı monitorinqlər davam etdirilir.

Növbəti monitorinq 2021-ci il 16 dekabr tarixdə sərmayə kapitalı almış 3 qadının yaşadığı ünvanda keçirilmiş, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmışdır.

 Belə ki, aldıqları sərmayə kapitalı dəyərində Sədərək rayonun Sədərək kənd sakinləri Hüseynova Mehparə Səfər qızı və Əliyeva Nazilə Məhərrəm qızı ailə təsərrüfatı məhsulları istehsalı, Naxçıvan şəhər sakini Qarayeva Səkinə Əvəz qızı isə dekorativ tətbiqi sənət sahəsində lazımi məhsul və avadanlıqlar alaraq fəaliyyətlərinə başlamışlar.

Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir.

Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR