21 Dekabr 2024, Şənbə

Həyata keçirilən geniş Dövlət proqramları nəticəsində bu gün ölkə vətəndaşları səhiyyə sahəsində də ən yüksək xidmətlə təmin olunurlar. Bu istiqamətdə görülən işlərə muxtar respublikamızda da verilən töhfələr ölkəmizdə reallaşdırılan sosial siyasətə dəstək xarakteri daşıyır.


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti tərəfindən bu il dekabrın 20-dən 25-dək Şərur Rayon Mərkəzi Xəstəxanasında da keçirilən humanitar tibbi aksiya əhalinin sağlamlığının mühafizəsinə yönəlmiş uğurlu tədbirlərdən biridir.
Aksiyada respublika Klinik Xəstəxanasının 21 yüksəkixtisaslı həkimi təmsil olunub. Qeyd edək ki, aksiya müddətində pasiyentlər müxtəlif tibbi xidmətlərlə əhatə ediliblər. Həkim heyəti tərəfindən əməliyyat olunması məsləhət bilinən sakinlərin pulsuz cərrahiyyə əməliyyatı da aparılıb. Cərrahi müdaxiləyə ehtiyacı olan 126 rayon sakini üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar həyata keçirilib.
Xatırladaq ki, müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait də yaradılıb. Aksiya çərçivəsində Şərur Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstəriblər.
Vətəndaşlar onlara göstərilən tibbi xidmətdən razılıqlarını bildiriblər.
Qeyd edək ki, beşgünlük humanitar tibbi aksiyadan 2 minə yaxın (1963 nəfər) rayon sakini yararlanıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR