21 Dekabr 2024, Şənbə

Rusiyanın Virusologiya və Biotexnologiyalar üzrə “Vektor” Dövlət Tədqiqat Mərkəzi koronavirusun yeni “Omikron” ştamının fotolarını dərc edib.

Alimlər ştamın formasını, ölçüsünü və digər morfoloji xüsusiyyətlərini öyrənmək üçün laboratoriyada Vero E6 hüceyrəsini "Omikron"la yoluxdurublar. Hüceyrələr virusa yoluxduqdan sonra altıncı gündə ayrılıb.

Dərc edilmiş fotolarda əksər hallarda hüceyrədaxili şəbəkənin genişlənmiş boruları olan vezikulyar strukturları (qabarcıq) göstərir. Virusu təşkil edən zülallar bu qabarcıqların ətrafında toplanır və müəyyən fiziki və kimyəvi şəraitdə içəriyə nüfuz edərək əlavə bir örtük alır.

"Omikron" ştamının özəlliyi ondan ibarətdir ki, virus yavaş-yavaş toplanır və xəstəliyin altıncı günündə kütləvi hüceyrələrin ölümünə səbəb olmur", - məlumatda vurğulanıb.

Elm adamları ilk dəfə olaraq noyabrın ortalarında Cənubi Afrika, Lesoto və Botsvanada "Omikron" ştamını aşkar ediblər. Bir ay sonra, ÜST bu ştamın artıq 89 ölkədə yayıldığını açıqlayıb. ÜST xəbərdarlıq edib ki, koronavirusun yeni variantı daha çox ölüm və yoluxmaya səbəb ola bilər. Mövcud peyvəndlər isə ona qarşı daha az effektivdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR