21 Dekabr 2024, Şənbə

Bu uğura muxtar respublikanın istedadlı və perspektivli şahmatçılarından biri olan Nəsrin Babayeva nail olub. Beynəlxalq reytinq göstəricilərinə əsasən 2100 xallıq həddi keçməklə (2110) normativi yerinə yetirən 16 yaşlı şahmatçımızın titulu Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən təsdiqlənib. Qurumun prezidenti Arkadi Dvorkoviçin imzaladığı sənədə əsasən Nəsrin Babayeva qadınlar arasında FIDE ustası adına layiq görülüb.


Bununla da Naxçıvan Şahmat Federasiyasının idmançıları arasında sözügedən normanı yerinə yetirənlərin hazırkı sayı 4-ə yüksəlib. Siyahıda Nəsrinlə yanaşı Pərviz Qasımov, Aynur Kətanova və Sadiq Məmmədov kimi güclü şahmatçılarımızın adları var. Ümumilikdə isə muxtar respublika şahmatçıları arasında beynəlxalq hakim, FIDE hakimi, qrossmeyster, 2 beynəlxalq usta və 4 FIDE ustası var.
Məlumat üçün bildirək ki, 15 oktyabr 2005-ci ildə Naxçıvan şəhərində dünyaya gələn Nəsrin 6 yaşında şahmat məktəbinə daxil olub. Hazırda Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə təhsil alır. Şəxsi məşqçisi atası - beynəlxalq usta Talıb Babayevdir. Azərbaycan çempionatının seçmə yarışları, eləcə də beynəlxalq miqyaslı turnirlərin qalib və mükafatçısıdır. Bu il Naxçıvanda keçirilən Azərbaycan çempionatındakı uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən istedadlı idmançımız Serbiyada keçirilən “Silver Leyk” turnirində birinci olub və karyerasında ilk dəfə olaraq qadınlar arasında Avropa çempionatında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR