Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Pedaqoji fikir tarixindən” kitabının müəllifi, tanınmış publisist Reyhan Mirzəzadə ilə onlayn görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılan kitabı yüksək qiymətləndirib. Bildirilib ki, “Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın təhsil ictimaiyyəti üçün ən dəyərli nəşrlərdən biri, böyük dəyərə malik mütaliə materialıdır. Rektor diqqətə çatdırıb ki, kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Tədbirdə publisist Reyhan Mirzəzadə muxtar respublikaya sonsuz sevgi hissini ifadə edərək Naxçıvanla bağlı xoş xatirələrini bölüşüb. Müəllif “Pedaqoji fikir tarixindən” və “A.S.Qriboyedov: şair-diplomat” kitablarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən təsdiqlənmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na salınmasını böyük sevinc və minnətdarlıq hissi ilə vurğulayıb.
Tədbirdə həm gənclər, həm də onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin faydalana biləcəyi görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirlər səsləndirilib. Tələbələri maraqlandıran sualları cavablandıran yazıçı-publisist yaradıcılığı haqqında danışıb, eyni zamanda “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsərindən də bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Elmi Kitabxananın direktoru Fariz Əhmədov publisist Reyhan Mirzəzadə yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev və Pedaqogika və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova “Pedaqoji fikir tarixindən” kitabının elmi-pedaqoji əhəmiyyətindən bəhs ediblər.
Sonda universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov publisist Reyhan Mirzəzadəyə minnətdarlığını ifadə edib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi