21 Dekabr 2024, Şənbə

Culfa rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.


Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev bildirmişdir ki, dövlət qayğısı nəticəsində Culfa rayonunda yerləşən bütün məktəblər üçün yeni binalar inşa edilib, məktəb binaları müasir tədris avadanlıqları, kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, açıq idman qurğuları və idman zalları ilə təmin olunmuşdur. Culfa rayonunun təhsilində qazanılan nailiyyətlər göstərilən bu diqqət və qayğının nəticəsidir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, rayon Təhsil Şöbəsinin tabeliyində 25 tam orta məktəb və 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 410 sinifdə 5437 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 862 müəllim məşğul olur. Qeyd olunmuşdur ki, rayon təhsil şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 328 məzunundan 303-ü ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 224-ü ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 32 məzun imtahanlarda 500-700 arası bal toplamışdır ki, onlardan da 1-i Prezident təqaüdünə layiq görülmüşdür. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i “Qızıl”, 5-i “Gümüş” nişana, 7-si isə fərqlənmə attestatına layiq görülmüşdür.
Təhsil naziri nəticəsi yaxşı olan məktəblərin kollektivlərinə təşəkkür etmişdir.
Sonda nazirlik tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 13 məktəbə diplom­lar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR