Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “İxtisasların hamiliyə verilməsi ilə bağlı muzeylərdə və kitabxanalarda görülmüş işlər və kadr hazırlığı məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
Nazirliyin tabeliyində olan muzey və kitabxanaların rəhbər və əməkdaşlarının, o cümlədən Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbələrinin iştirak etdiyi dəyirmi masanı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəniirs şöbəsinin müdiriGülbuta Babayeva açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli sərəncamları qədim diyarımızda təhsil sahəsinə diqqət və qayğının davamlı olduğunu göstərməklə çağdaş təfəkkürlü, peşəkar hazırlıqlı mütəxəssis, innovativ və yaradıcı düşüncəyə malik gəncliyin hazırlanmasına hesablanmışdır.Yaradıcı, təşəbbüskar, potensial imkanlarını reallaşdırmaq istəyən gənclər üçün bu Sərəncam qarşıda böyük üfüqlər açır.
Bildirilmişdir ki, ötən dövrdə Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi aid ali və orta ixtisas təhsili müəssisələri ilə birgəmüəyyən işlər həyata keçirib və bu gün təşkil olunmuş dəyirmi masa da həmin tədbirlərin davamıdır.
Sonra dəyirmi masanın iştirakçıları – Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru dosent Məmməd Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Əliyev, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılova, Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyeva, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kəmaləddin Axundov, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli mövzu ilə bağlı müzakirə aparıblar.
Tədbirin davamında dəyirmi masa iştirakçıları tamaşaçıların suallarını cavablandırıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti