21 Dekabr 2024, Şənbə

Dekabrın 16-da maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Əl Cədəan ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolu qeyd olunub.

 

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulması ilə bağlı görülən işlər barədə məlumat verib, Müştərək Komissiyanın dünən keçirilən 6-cı iclasının iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Məhəmməd Əl Cədəan Səudiyyə Ərəbistanı və Azərbaycan arasında hazırki əlaqələri yüksək qiymətləndirib, ölkəsinin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu bildirib. O Səudiyyə Ərəbistanında həyata keçirilən layihələr və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib, maliyyə siyasəti və davamlı inkişafın təmin olunması üçün hökumət tərəfindən atılan addımlardan danışıb.

Tərəflər, həmçinin maliyyə siyasətinin həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması, dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanının birgə fəaliyyəti və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də digər sahələrdə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR