22 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.
A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Uşaq kitabxanalarının fəaliyyəti və oxucularla iş prinsipləri” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Dövlət Universitetin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələriiştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən açıq dərsi giriş sözü ilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktor müavini Kəmalə Ağayeva açmışdır.
Sonra kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Mehriban Seyidova “Uşaq kitabxanalarının fəaliyyəti və oxucularla iş prinsipləri” adlı çıxışında uşaq kitabxanalarında kiçik yaşlı uşaqlar və məktəbli gənclərlə görülən işlərdən, onların kitaba və kitabxanaya olan maraqlarının artırılmasında kitabxanaçıların vəzifələrindənsöz açmışdır.
Çıxışlardan sonra tələbələr kitabxananın fondları, yaradılan sərgilər və kitabxananın iş fəaliyyəti ilə tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti