21 Dekabr 2024, Şənbə


Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi Türkiyənin İqdır şəhərində də ehtiramla yad edilib.


İqdırdakı Azərbaycan Mədəniyyət Evində keçirilən mərasim bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, İqdır valisi Hüseyin Engin Sarıibrahim, Azərbaycan Milli Məclisinin deputatları Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlu, TAIB-in sədri Sudeif İmamverdiyev, İqdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsalın çıxışları dinlənilib.



Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi siyasi fəaliyyətdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Moskvada tutduğu vəzifələrdən istefa verən Ulu Öndər Vətənə qayıdandan sonra Naxçıvana dönüb və muxtar respublikanın təhlükəsizliyini təmin edib. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına böyük əhəmiyyət və diqqət verən dahi şəxsiyyət sonrakı mərhələdə böyük inkişaf strategiyası müəyyən edib. Azərbaycan-Türkiyə qardaşlığının inkişaf dinamikası 44 günlük Vətən müharibəsində öz sözünü deyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbə bu qardaşlığın bariz nümunəsi kimi tarixə yazılıb.
Qeyd edək ki, mərasim Azərbaycanın Qarsdakı Baş konsulluğu, Türk Ağsaqqallar İctimai Birliyi (TAİB), Türkiyənin Aralıq rayon bələdiyyəsi, İqdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və İqdır Azərbaycan Evi Dərnəyi tərəfindən birgə təşkil olunub.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR