25 Aprel 2024, Cümə axşamı

Estoniyanın Tartu şəhərindən olan alimlər Venera planetində yaşayış üçün yararlılığın dəyərləndirilməsi üzrə beynəlxalq layihədə iştirak edəcəklər.

Estoniyanın err.ee portalına istinadla xəbər verir ki, ABŞ-ın Massaçusets Texnologiya İnstitutu Estoniyanın Tartu rəsədxanası və digər tədqiqat institutları ilə birgə atmosferdə həyat əlamətlərini axtarmaq məqsədilə Venera planetinə üç kosmik missiya hazırlayır.

 Bildirilir ki, beş ildən sonra başlayacaq missiyaların məqsədi Venera planetinin buludlarının həyat üçün yararlılıq qabiliyyətini dəyərləndirmək, sonra isə orada həyat axtarmaqdan ibarətdir.

Tartu alimləri layihə üçün Veneranın buludlarında turşuluq və oksigenin miqdarını ölçmək məqsədilə alətlər təklif ediblər. Yerə ən yaxın planet olan Veneranın buludları çox turş olduğundan orada həyatın mövcudluğunun qeyri-mümkünlüyü güman edilirdi, lakin Venera, ehtimal ki, əvvəllər Yer tipində planet olub.

“Üçüncü missiyanın gedişində Veneradan bir nümunə gətirilməlidir. Tutaq ki, biz orada həyat tapsaq, əsas sual onun yer üzündəki həyat ilə oxşarlıq və ya fərqlilik təşkil etməsi olacaq. Əgər oxşarlıq çox olarsa, həyatın Yer planetində başlamadığı aydın olacaq. Əgər fərqlilik olarsa, həyatın Yer planetində yaranma ehtimalı daha yüksək olacaq”. - deyə layihənin Estoniya üzrə qrupunun rəhbəri Mihkel Payusalu bildirib.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR