“Azərbaycana rəsmi səfər zamanı yeni səhifə açmaq barədə razılığa gəldik”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian tviter hesabında yazıb.
“Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə görüşdən sonra əlaqələrimizi daha da inkişaf etdirmək üçün yol xəritəsi hazırladıq. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnun oldum. Biz qonşuluğa üstünlük verməyə davam edirik”, - tvitdə bildirilib.