26 Aprel 2024, Cümə

Bakı şəhərində yerləşən “Park Bulvar” AVM-də 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar bu kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət XI Ümumrespublika Yaradıcılıq Sərgi-Müsabiqəsi təşkil olunub. Tədbirin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.


Sərgi-müsabiqədə Bakı və respublikamızın bölgələri üzrə 217 nəfər sağlamlıq imkanları məhdud olan şəxs və sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə, 1346 əl işi nümayiş olunur. Əl işlərinə rəsm əsərləri, keramika, dulusçuluq, xalça və xalçaçılıq məmulatları, bədii tikmələr, toxuma və hörmələr, suvenirlər, oyuncaqlar, məişətdə işlədilən əşyalar və alətlər, müxtəlif modellər və maketlər, ağac, metal və daş üzərində işlər, musiqi alətləri və sair sənət nümunələri daxildir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə istedadlı sağlamlıq imkanları məhdud 14 müəllifin 138 əl işi də sözügedən tədbirə təqdim olunub. Naxçıvan təmsilçisi Ramil Əhmədovun, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovu təsvir etdiyi rəsm əsəri müsabiqənin ikinci yerinə layiq görülüb. Təqdim edilən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən sağlamlıq imkanları məhdud olan şəxslərin yaş qrupları da nəzərə alınmaqla 11 nominasiya üzrə qiymətləndirilib. Müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar, həmçinin sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, tədbir çərçivəsində sağlamlıq imkanları məhdud olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılıb ki, bu da onların yaradıcı əməyinin stimullaşdırılması məqsədinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR