21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ay ərzində əmək pensiyalarının düzgün təyinatı və ödənişinin aparılması, eləcə də fərdi uçot sistemi sahəsində bir sıra işlər görmüşdür. Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılmış, pensiyaların ödənilməsi üçün 15 milyon 77 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüş və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılmışdır. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin də şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 257 min manat vəsait köçürülmüşdür.

 

Hesabat dövründə müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə fondun xəzinə hesabına 9 milyon 282 min 200 manat vəsait daxil olmuşdur ki, bu da proqnoz üzrə nəzərdə tutulmuş vəsaitdən 312 min 200 manat və ya 3,5 faiz çoxdur. Ümumilikdə, pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 60,5 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində yığılmışdır. Müvafiq dövr ərzində 4 hüquqi və 194 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınmışdır. Bu onu göstərir ki, muxtar respublikada yeni iş yerlərinin yaradılması və iqtisadi sahədə dayanıqlı inkişafın təmin olunması nəticəsində fondun büdcəsinə daxilolmaların əhəmiyyətli hissəsi ödənilən məcburi dövlət sosial sığorta haqlarının üzərinə düşür.
Ötən ay “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fond tərəfindən 87 nəfərə yaşa, 16 nəfərə sağlamlıq imkanları məhdudluğa, 35 nəfərə ailə başçısını itirməyə görə, ümumilikdə, 138 nəfərə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunan vətəndaşlardan 110-na qanunvericiliyə əsasən ilk dəfə təyinat olmuş, 28-nin isə pensiya növündə dəyişiklik edilmişdir. Pensiya təyin olunmuş vətəndaşların 97-si kişi, 41-i isə qadındır. Bundan başqa, “Dövlət sosial sığorta sistemində fərdi-uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 307 yeni əmək fəaliyyətinə başlayan sığortaolunana fərdi şəxsi hesab açılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da pensiyaçıların sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlərin icrası sahəsində öz üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR