25 Aprel 2024, Cümə axşamı

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Avropa Komissiyasının maliyyələşdirdiyi ECARErasmus+ layihəsi çərçivəsində 22-26 noyabr 2021-ci il tarixlərdə layihə tərəfdaşlarının nümayəndələrindən ibarət heyət ilə Fransada səfərdə olub. Layihə çərçivəsində təşkil edilmiş səfərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Biznes Universitetinin rektoru və digər tərəfdaş universitetlərin prorektor və rəhbər heyətindən ibarət 30 nəfərlik nümayəndəsi iştirak edib. İşgüzar görüşlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə həyata keçirilib. Görüşlər çərçivəsində CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru , Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu barədə ətraflı məlumat verib. Görüşün üçüncü günündə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nicat Məmmədli ilə birlikdə Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq və koordinasiya məsələləri barədə iştirakçılarla geniş müzakirələr aparıb.
Sonra CPU-da üzvlük, strateji planlama, qərar qəbul etmə prosesləri, maliyyələşmə mexanizmləri və sair kimi məsələlər haqqında fikir mübadiləsi həyata keçirilib.
Tədbirin son günündə Fransanın ən qədim universitetlərindən biri olan Sorbon Universitetinə səfər təşkil edilib. Səfərdə iştirak edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov CPU-nun medalı ilə təltif olunub.
Səfər çərçivəsində Azərbaycan universitetlərindən olan heyət Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarını ziyarət edib. Bundan başqa, nümayəndə heyəti Azərbaycan-Fransa Mədəniyyət Evində təşkil edilən tədbirdə iştirak edib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR