İl 2003 , aylardan dekabr. Qışın ilk və ən uzun ayı ... Axşamdır, sükut çöküb şəhərə. Bu sükut başqa sükutdur. Sanki şəhər köçüb, yeri boş qalıb.Səssizliyin hüznü şəhərin izdihamın belə ötüb. Sükutu ağlayan buludların səsi pozur. Pəncərəmdən seyr edirəm yağan yağışı. Bu gün yağışda fərqli yağır. Elə bil buludlar öz kədərini bu yağış damlaları ilə yerə endirib. Yanan işıqlar içərisində şəhər zülmətə bürünüb. Sanki səmada ayın və ulduzların da işığı sönüb, onlarda şəhəri aydınlada bilmir. Bu nə zülmətdir İlahi!
Görəsən buludlar niyə bu qədər fəryad-füqan qoparır. Külək yağan yağışın ritmini pozaraq damlaları qovalayır. Amma zülməti və kədəri qova bilmir. Çünki külək özü də kədərdən xəbər gətirir. Bir an öncə səhərin açılmasını və bu zülmətin bitməsini istəyirəm. Səhər açılır amma şəhərin zülməti yenə də aydınlanmır.
Televiziyada xəbərlər gedir... Xəbəri eşidənlərin də gözlərinə zülmət çökür. Artıq buludlar susmuşdu amma Azərbaycan ağlayırdı. Həm də buludlardan daha yanıqlı, daha kədərli. Şəhərdə insan seli var idi. Milyonlar onu gözləyirdi. Budur Azərbaycanın xilaskarı, əbədi sərkərdəsi, dahisi, əvəzolunmazı gəlir. Amma artıq onun vətən - vətən deyərək döyünən qəlbi susub. O qürurlu, mülayim, şəfqətli baxışları yoxdur. Varlığı ilə xalqına sevinc gətirən, əməlləri ilə azadlıq qazandıran Ulu Öndər xalqına vəda etmişdi. Onun yoxluğu matəmə bürümüşdü Azərbaycanı.
İl 2021 aylardan dekabr. Sənsizliyin, həsrətin 18- ci ili. Səma tünd maviyə boyanıb, yenə kədərin rəngi çöküb buludlara. Tutqun buludların arxasında ayrılığın həzin musiqisi eşidilir. Amma bu ayrılıq cismani ayrılıqdır. Sən ruhumuzun, qəlbimizin, düşüncəmizin ən müqəddəs zirvəsində yaşayırsan. İllər ötəcək, əsirlər hətta nəsillər dəyişiləcək amma dəyişilməyən tək bir şey olacaq o da xalqın sənə olan sayğı və sevgisi. Birdə bütün varlığımızla səsləndirdiyimiz və dilimizdən düşməyən bu misralar:
Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Azərbaycan deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən bağışladın.
Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Ulu öndər səni hər zaman sonsuz sevgi və sayğı ilə xatırlayacağıq.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin " Jurnalistika "
ixtisası üzrə III kurs tələbəsi