“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsiçərçivəsində dəstəklənən 9 layihənin icrasına başlanılıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki universitetlərdən, paytaxt Bakı ilə yanaşı Lənkəran, Mingəçevir və Naxçıvandan, təyin olunmuş prioritet üç istiqamətlər üzrə; 1. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin beynəlxalq akademik mobilliyinin (xaricdən Azərbaycana və əksinə) təmin edilməsi; 2. Təhsil müəssisələrinin elmi potensialının artırılması və elmi tədqiqat platformalarının istifadəsinin təmin edilməsi; 3. İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi; kateqoriyası üzrə 9 layihə həyata keçirilir.
Müsabiqə fondunun büdcəsi 1 650 000 (bir milyon altı yüz əlli min) manat təşkil edirdi. “Naxçıvan” Universiteti,“ixtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyasında ““İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi ilə 68800 manat qrant qazanmışdır.Dekabrdan oktyabr ayına kimi davam edəcək layihənin nəticəsində, nəzəri və praktiki təlimlər nəticəsində seçilmiş 10 müəllimlə OŞTU-də “İnsan-Kompüter Qarşılıqlı Əlaqələri” laboratoriyası ziyarət ediləcək və Türkiyədə bir çox ali məktəbdə əsas dərs vəsaiti olan prof.KürşatÇağıltayın “TeoridenPratiğe. İnsan – Bilgisayar Etkileşimi ve KullanılabilirlikMühendisliği” kitabı Azərbaycan dilinə mütəxəssislər tərəfindən tərcümə olunaraq və 1000 nüsxə çapdan sonra Azərbaycan ali məktəblərinə hədiyyə olunacaq.
Layihənin məqsədi, müasir çağırışlardan yola çıxaraq “İnsan-Kompüter İnterfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək və fənnin tədris proqramını və dərs kitabını hazırlamaqdır.
Dünya sıralamasında 601-800 arası yerdə olan Türkiyənin Orta Şərq Texniki Universitetində (www.odtu.edu.tr) prof. Kürşat Çağıltay`ın rəhbərliyi ilə TUBİTAK layihəsilə Türkiyədə ilk “İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” laboratoriyası 2005-ci ildə qurulmuşdur. Layihəmiz ilkin etapda mütəxəssis hazırlığı,eyni zamanda akademik mobillik vasitəsi ilə laboratoriyanın işi ilə yaxından tanış olmaq və yenilikləri ölkəmizə gətirmək məqsədi güdür.
“İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” interaktiv texnologiyaların dizaynı, qiymətləndirilməsi və tətbiqi ilə məşğul olan fənlərarası tədqiqat sahəsidir. “İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” erqonomika, qrafik və sənaye dizaynı, sosiologiya, antropologiya və təhsil elmləri, eləcə də insan davranışı, psixologiya, idrak elmləri, kompüter texnologiyaları və proqram mühəndisliyi kimi sahələrlə əlaqəli bir tədqiqat sahəsidir.
İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (Human Computer Interaction-HCI) sistemi dörd əsas komponentdən ibarətdir: istifadəçi (user), tapşırıq (task), alət/interfeys (tool), kontekst (context). İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi tədqiqatlarında istifadəçilərin istifadə etdiyi alətlərlə müəyyən tapşırıqları yerinə yetirərkən əldə edilən müşahidə nəticələri, vərdişlər və s. təsirlərlə birlikdə qiymətləndirilir və bu məlumatlar interaktiv sistemlərin işlənib hazırlanmasında istifadə olunur. Birinci və İkinci Dünya Müharibələri dövründə bəzi qabaqcıl tədqiqatların olmasına baxmayaraq, 1945-ci ildə Vannevar Bush tərəfindən tanıdılmış və demək olar ki, bu gün də istifadə etdiyimiz informasiya sistemlərinin ekvivalenti olan nəzəri analog kompüter fikrini (MEMEX: MEMory Extender – Yaddaş Genişləndiricisi) bu sahədə ilk fundamental addım kimi adlandırmaq olar (Bush, 1945). Bush, Atlantic Monthly-də nəşr olunan "As We May Think - Düşündüyümüz Kimi" məqaləsində (Şəkil 1)MEMEX adlı bir maşından bəhs edir. Məqalədə bu maşının insanın bilik sistemini və yalnız insan kompüter deyil, həm də bu maşınla edilən insan-insan qarşılıqlı fəaliyyətini necə dəstəklədiyi gündəmə gətirilir. Amerikalı alim-mühəndis Vannevar Buş MEMEX adlandırdığı nəzəri analoq kompüter ideyasını (Şəkil 2) təqdim etdikdən sonra Brian Shackel İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi sahəsində ilk tədqiqatları həyata keçirdi. 1982-ci ildə Hesablama Maşınları Assosiasiyası (ACM - Association for Computing Machinery), Kompüter-İnsan Qarşılıqlı Əlaqələr üzrə Xüsusi Maraq Qrupu (SIGCHI - Special Interest Group on Computer-Human Interaction) ve İnsan-Kompüter Qarşılıqlı Əlaqələr üzrə Beynəlxalq Konfrans (CHI - International Conference for Human-Computer Interaction) konfranslarını başlatmıştır.
Şəkil 1. Atlantic Monthly Jurnalı, İyul 1945
1980-ci illərin sonlarında ilk sənaye İnsan Kompüter Qarşılıqlı Əlaqəsi Laboratoriyaları qurulmağa başladı, 1990-cı illərdə veb texnologiyalarının inkişafı ilə İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi tədqiqatları əhəmiyyətini artırdı və texniki/dizayner mərkəzli dizaynlar yerinə istifadəçi mərkəzli dizaynlar ön plana çıxmağa başladı. 90-cı illərin sonlarında universitetlərdə ilk İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi akademik proqramları tətbiq olundu (Karnegi Mellon Universiteti, İndiana Universiteti).
Şəkil 2.1996-ci ildə MEMEX-in 50 illiyə hazırlanan animasya
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”-ında qeyd olunan:
- Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması
- Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksəknüfuzlu təhsilverənin formalaşdırılması
- Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması
- Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması
- Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasımaddələri,Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutub.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi (Bakı şəhəri, 18 iyul 2018-ci il, № 311) və BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd, təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cüsü; Keyfiyyətli təhsil: “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək”bizə müasir çağırışları düzgün başa düşməyə kömək edir. Müasir çağırışlara cavab olaraq “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin11 fevral 2019-cu il, 45 saylı qərarı ilə 2020-ci tədris ilindən mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib. Yeni təsnifat əsasında yaradılan ixtisasların 70 faizi Avropada qəbul olunmuş ixtisaslardır.
Şəkil 3. Artırılmış (Augumented) və Virtual (Virtual) reallıq texnologiyanın ən müasir sahələrindən biridir.
Multidisiplinar sahə olan “İnsan-Kompüter İnterfeysləri” fənni son illərdə həm tədqiqat mövzusu, həm də Ali təhsil proqramlarına əlavə olunub. Az sayda ədəbiyyat və dərs materialları olmasıyla yanaşı, sahə üzrə az sayda mütəxəssis var. Bundan başqa dünyada, eləcə də ölkəmizdə artan internet istifadəçiləri (2021-ci ilin yanvarında Azərbaycanda 8,26 milyon internet istifadəçisi olduğu halda, Azərbaycanda internet istifadəçilərinin sayı 2020-2021-ci illər arasında 202 min (2,5 faiz) artdı. 2021-ci ilin yanvarında Azərbaycanda 4.30 milyon sosial media istifadəçisi olub.) texnologiyadan qeyri-effektiv istifadə problemləri ilə qarşılaşırlar. Mobil tətbiqdə həll edəbiləcəyi bir məsələni qeyri-praktik (unusable) interfeys problemlərinə görə həll edə bilməyən müştəri saatlarla bankda növbə gözləyə bilər. Bu kimi başqa misalları nəzərə alaraq ölkə iqtisadiyyatına nə qədər mənfi təsir edəcəyi aydın olur. İqtisadi problemlərin yanında sosial problemlərin həllində də “İnsan-Kompüter Əlaqəsi” əhəmiyyət kəsb edir: belə ki, dünyada kişilərin 8 faiz, qadınların isə 0,5 faiz daltonikdir (2018). Daltonizm xəstəliyi olan istifadəçilərin informasiya texnologiyalarından istifadəsi hansı səviyyədədir? Marketinq məqsədilə EyeTracker (Göz izləmə) proqramından istifadə edərək, marketinq strategiyasının qurulması bu sahənin tədqiqat predmetlərindəndir.
Dövlət müəssisələrinin, universitetlərin, bankların və sair xidmət təklif edən saytların əlyetənliyi, funksionallığı, asan istifadə edilə bilməsi ISO 9241-11:2018 (Ergonomics of human-system interaction — Part 11: Usability: Definitions and concepts) standartına olurmu?
İnanırıq ki, layihə çərçivəsində xüsusilə ali təhsil müəssislərində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi sahə üzrə kadr potensialını gücləndirəcək və texnologiya dostu istifadəçilərin sayı artacaq.
Şamil HÜMBƏTOV
“Naxçıvan” Universitetinin baş müəllimi,
“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı”
qrant müsabiqəsinin qalibi