26 Aprel 2024, Cümə

Muxtar respublikamızda quruculuq tədbirləri genişləndikcə qədim yurdumuzun yaşayış məntəqələri də öz simasını əsaslı surətdə dəyişir. Bunun nəticəsində ayrı-ayrı ünvanlarda müxtəlif təyinatlı obyektlər inşa olunur, mövcud obyektlər yenidən qurulur, onların maddi-texniki bazaları güclən­dirilir.


Bu müsbət dəyişikliklər Sədərək rayonunun Dəmirçi kəndinin də inkişaf edərək abad bir kəndə çevrilməsinə şərait yaradır. Bunu kənd sakinləri də artıq görməkdədir. Qısa müddət ərzində kənd ərazisində görülən işlər sakinlər tərəfindən böyük minnətdarlıq və rəğbət hissi ilə qarşılanır.
Həyata keçirilən genişmiqyaslı təmizlik-abadlıq, quruculuq işləri tədbirləri çərçivəsində tikilməkdə olan Mərasim evi sakinlərin yas mərasimlərini rahat keçirmələrinə şərait yaradacaq. Qeyd edək ki, Dəmirçi kəndində tikilən bu Mərasim evi kişilər üçün 268, qadınlar üçün isə 144 yerlik olan iki zal, yardımçı otaqlar və mətbəxdən ibarətdir. Binanın ümumi sahəsi 578 kvadratmetrdir.
Mərasim evində suvaq işləri görülür.

***

Rayonun ən böyük kəndi olan Sədərəkdə də Mərasim evi tikilir. Tikin­tidə işlər tam qaydasında gedir. İnşaatçılar üçün normal iş şəraiti yaradılıb. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amilinə ciddi diqqət yetirilir. Görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir. Texniki təhlükəsizlik tədbirləri diqqətdə saxlanılır. Qeyd edək ki, Sədərək kəndində tikilən bu Mərasim evi hər biri 185 kvadratmetr olan iki zal, qazan­xana və mətbəxdən ibarət olacaq. Ümumi sahəsi 525 kvadratmetr olan Mərasim evinin həyətində avtomobil parkı da salınacaq.
Hazırda binanın həyətyanı sahəsində yerə kilid daşları düzülür.

Gülnarə Hüseynova

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR